World Wide Web Consortium W3C | |
---|---|
Növü | Konsorsium, 501(c)(3) təşkilatı[d][1] |
Yaranma tarixi | 1 oktyabr 1994[2] |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Tim Berners-Li |
Üzvləri |
|
w3.org | |
Vikianbarda əlaqəli mediafayllar |
HTML |
---|
Müqayisələr |
Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi.[5][6] W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır.